Valyuta məzənnəsi

Siyəzəndə baş verən yanğın söndürülüb - FOTO+VİDEO

Tarix:31-07-2020, 18:56

Siyəzəndə baş verən yanğın söndürülüb - FOTO+VİDEO

Bu gün Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.

Bu barədə YeniAN.info-ya Fövqəladə Hallar Nazirliyində xəbər verilib.

Yanğının söndürülməsi əməliyyatından bəzi operativ görüntüləri təqdim edirik.



Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunub.

Siyəzəndə baş verən yanğın söndürülüb - FOTO+VİDEO[left][/left]Siyəzəndə baş verən yanğın söndürülüb - FOTO+VİDEO

YeniAN.info

Oxunub: 239



XƏBƏR LENTİ