Valyuta məzənnəsi

Bakı, Sumqayıt və Abşeronda bu qadağa yenidən qüvvəyə mindi: Sonuncu dəfə?

Tarix:26-09-2020, 23:15

Bakı, Sumqayıt və Abşeronda bu qadağa yenidən qüvvəyə mindi: Sonuncu dəfə?


Bu gündən Bakı metrosu, habelə paytaxtda, Sumqayıt şəhərlərində, Abşeron rayonunda şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslar fəaliyyətini dayandırır.

YeniAN.info NOCOMMENT-in məlumatına istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, bu gün saat 00:00-dan 28 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri, habelə Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı metrosunda sərnişindaşıma fəaliyyəti dayandırılır.

Qeyd edək ki, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Nazirlər Kabinetinin qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 2020-ci ilin sentyabrın 30-dək tətbiqi nəzərdə tutulub.


YeniAN.info

Oxunub: 189



XƏBƏR LENTİ