Valyuta məzənnəsi

162 nəfər yoluxub, 4 nəfər vəfat edib - AZƏRBAYCANDA

Tarix:3-02-2021, 21:19

162 nəfər yoluxub, 4 nəfər vəfat edib - AZƏRBAYCANDA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 361 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAN.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 230 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 168 nəfər müalicə olunaraq sağalıb, 3145 nəfər vəfat edib, aktiv xəstə sayı 3304 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7198, ötən müddət ərzində isə ümumilikdə 2 426 945 test aparılıb.

YeniAN.info

Oxunub: 217



XƏBƏR LENTİ