Valyuta məzənnəsi

C.Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib

Tarix:19-04-2021, 21:40

C.Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 14 aprel 2021-ci il tarixli Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Müdafiə naziri tərəfindən tədbirlər planı imzalanıb.

Müdafiə Nazirliyindən YeniAN.az-a bildirilib ki, plana əsasən bu gündən etibarən müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 50 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar silsilə tədbirlərə start verilib.

YeniAN.az

Oxunub: 183



XƏBƏR LENTİ