Valyuta məzənnəsi

Koronavirusa yoluxma artmağa başlayıb... - AZƏRBAYCANDA

Tarix:9-07-2021, 16:57

Koronavirusa yoluxma artmağa başlayıb... - AZƏRBAYCANDA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAN.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 668 nəfər müalicə olunaraq sağalıb, 4982 nəfər vəfat edib, aktiv xəstə sayı 1312 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 947, ötən müddət ərzində isə ümumilikdə 3 831 673 test aparılıb.

Koronavirusa yoluxma artmağa başlayıb... - AZƏRBAYCANDA

YeniAN.az

Oxunub: 192



XƏBƏR LENTİ