Valyuta məzənnəsi

COVİD-19-a 169 yeni yoluxma halı qeydə alınıb - AZƏRBAYCANDA

Tarix:16-07-2021, 21:25

COVİD-19-a 169 yeni yoluxma halı qeydə alınıb - AZƏRBAYCANDA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAN.az-a verilən məlumata görə, COVID-19-dan ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 337 970 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 112 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1 868 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 628, ötən müddət ərzində isə ümumilikdə 3 894 683 test aparılıb.

COVİD-19-a 169 yeni yoluxma halı qeydə alınıb - AZƏRBAYCANDA

YeniAN.az

Oxunub: 163



XƏBƏR LENTİ