
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2303 yeni yoluxma faktı qeydə alınıb, 1010 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAN.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 507 857 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 480 685 nəfər müalicə olunaraq sağalıb, 6809 nəfər vəfat edib, aktiv xəstə sayı 20 363 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 075, ötən müddət ərzində isə ümumilikdə 5 056 819 test aparılıb.
YeniAN.az