Valyuta məzənnəsi

“Şəhidlər ölməz – Vətən bölünməz!” silsiləsindən növbəti tədbir keçirilib - VİDEO

Tarix:4-11-2021, 21:57

“Şəhidlər ölməz – Vətən bölünməz!” silsiləsindən növbəti tədbir keçirilib - VİDEO

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədi ilə “Şəhidlər ölməz – Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində növbəti anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, Vətən müharibəsi şəhidləri Nazim Kirxlarov və Ağamoğlan Kərimovun xatirəsinə həsr olunan anım mərasimində Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim olunub.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlığından, mübarizliyindən danışıblar.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də övladlarının xatirəsinin uca tutulduğuna görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən musiqilər ifa ediblər.

“Şəhidlər ölməz – Vətən bölünməz!” silsiləsindən növbəti tədbir keçirilib - VİDEO
“Şəhidlər ölməz – Vətən bölünməz!” silsiləsindən növbəti tədbir keçirilib - VİDEO
“Şəhidlər ölməz – Vətən bölünməz!” silsiləsindən növbəti tədbir keçirilib - VİDEO
“Şəhidlər ölməz – Vətən bölünməz!” silsiləsindən növbəti tədbir keçirilib - VİDEO



YeniAN.az

Oxunub: 162



XƏBƏR LENTİ