Tələbələrin maddi vəziyyətlərinin, sosial rifahının yaxşılaşdırılması peşə təhsili və təliminin inkişafında rol oynayan əsas amillərdən biridir. Hazırda peşə təhsilini seçən tələbələrin böyük əksəriyyəti peşə təhsili və təlimi sisteminin təklif etdiyi müvafiq imkanlardan faydalanırlar. Belə ki, dövlət hesabına təhsil alan peşə təhsili müəssisələrinin tələbələri təqaüdlə təmin edilirlər. Lakin bu təqaüd nəticələrə əsaslanmır və təqaüdün verilməsi üçün yalnız tələbənin qeydiyyatdan keçməsi kifayət edir. Buna görə də dövlət büdcəsi hesabına təqaüdlərin verilməsinin peşə təhsili sisteminin inkişafına təsirinin artırılması məqsədilə nəticələrə əsaslanan təqaüd sisteminin qurulması vacibdir.
YeniAN.az xəbər verir ki, bununla əlaqədar peşə təhsili sahəsində nəticələrə əsaslanan təqaüd sisteminin qurulması və peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə təqaüdlərin onların qiymətləndirmə (yarımil) nəticələrinə görə verilməsinin tənzimlənməsi məqsədilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd olunan Qərarı qəbul edilmişdir.
YeniAN.az