Valyuta məzənnəsi

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir qrup millət vəkili ilə görüş olub

Tarix:2-12-2021, 22:42

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir qrup millət vəkili ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Milli Məclisin deputatları Musa Quliyev, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, Arzu Nağıyev, Aqil Məmmədov, İlham Məmmədov və Soltan Məmmədovla görüş olub.

Görüşdə Agentliyin sədri Anar Bayramov millət vəkillərinə tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində aparılan işlər barədə məlumat verib. O, əlilliyin qiymətləndirilməsi üzrə rəqəmsal infrastrukturun təkmilləşdirilməsi üçün son aylarda tətbiq olunan yenilikləri qeyd edib. Nəticədə bu e-sistemin funksional imkanlarının xeyli genişləndiyini, tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf, obyektiv həyata keçirilməsi imkanlarının artdığını bildirib.

A.Bayramov 2021-ci ilin ötən dövründə artıq 50 mindən çox şəxsə əlillik təyin edildiyini deyib. Vətən müharibəsinin 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparıldığını qeyd edib.

Əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı işlərindən də bəhs olunub.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən 2019-2021-ci illərdə Agentliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub və ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.

Müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərimizin də yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatında mühüm bazadır. Agentliyin reabilitasiya müəssisələrində 1600 qaziyə, bu ilin 11 ayında əlilliyi olan şəxslər, habelə müharibə əlilləri də daxil olmaqla 7500-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib. Yaxın günlərdə Qəbələ Uşaq Reabilitasiya Mərkəzi, gələn il isə Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək.

2021-ci ilin 11 ayı ərzində Agentlik tərəfindən 8 minə yaxın əlilliyi olan şəxsə 41 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsi, o cümlədən 953 mühərrikli təkərli oturacaq verilib. O cümlədən, 1084 müharibə əlilinə 10823 reabilitasiya vasitəsi təqdim edilib. Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 164 hərbçi 172 ən müasir 4-cü nəsil elektron protezlə təmin edilib.

Görüşdə millət vəkillərinin əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsi ilə bağlı rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb, müvafiq mövzuda fikir mübadiləsi aparılıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir qrup millət vəkili ilə görüş olub
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir qrup millət vəkili ilə görüş olub
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir qrup millət vəkili ilə görüş olub
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir qrup millət vəkili ilə görüş olub
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir qrup millət vəkili ilə görüş olub

YeniAN.az

Oxunub: 78



XƏBƏR LENTİ
Cəlilabadda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir
Heydər Əliyev xanımı ilə Astronavtika Konqresində
1 milyon insan ETİRAZ ETDİ
Kadırov səhhəti barədə danışdı
Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər - Deputat
Əlimizdə erməni yalanları ilə bağlı kifayət qədər sübutlar var - Spiker
Qənirə Paşayeva Milli Məclisdə yad edildi
Prezident: Azərbaycanın əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub
Vətən müharibəsinin xronikası: - 2 OKTYABR
Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik PREZİDENT İLHAM ƏLİYEV
Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə dekadası başlayıb, səhiyyə forumu keçiriləcək
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
Bu gün Milli Məclisin payız sessiyası başlayır
İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlər
Baş prokuror: “Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib”
Britaniya sualtı qayığın tikintisi üçün dörd milyard funt sterlinq dəyərində müqavilə imzalayıb
Meksikada kilsə uçub, 9 nəfər ölüb, azı 40 nəfər yaralanıb
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs ölüm cəzasına məhkum edilib