Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
YeniAN.az