Valyuta məzənnəsi

COVID-19-a 2685 yeni yoluxma, 24 ölüm faktı qeydə alınıb - AZƏRBAYCANDA

Tarix:20-02-2022, 20:17


COVID-19-a 2685 yeni yoluxma, 24 ölüm faktı qeydə alınıb - AZƏRBAYCANDA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 685 yeni yoluxma faktı qeydə alınıb, 6 558 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAN.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 774 394 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 734 386 nəfər müalicə olunaraq sağalıb, 9 235 nəfər vəfat edib, aktiv xəstə sayı 30 773 nəfərdir.

Ölkədə son sutka ərzində 11 629, hazırkı dövrədək isə 6 485 357 test aparılıb.

COVID-19-a 2685 yeni yoluxma, 24 ölüm faktı qeydə alınıb - AZƏRBAYCANDA

YeniAN.az

Oxunub: 197



XƏBƏR LENTİ