Valyuta məzənnəsi

COVID-19-a 16 yeni yoluxma faktı qeydə alınıb, ölüm yoxdur - AZƏRBAYCANDA

Tarix:1-05-2022, 19:30

COVID-19-a 16 yeni yoluxma faktı qeydə alınıb, ölüm yoxdur - AZƏRBAYCANDA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YaniAN.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 578 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 781 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 88 nəfərdir.

Ölkədə son sutka ərzində 2 856, hazırkı dövrədək isə 6 817 342 test aparılıb.

COVID-19-a 16 yeni yoluxma faktı qeydə alınıb, ölüm yoxdur - AZƏRBAYCANDA

YaniAN.az

Oxunub: 196



XƏBƏR LENTİ