Valyuta məzənnəsi

Naxçıvan FHN-ə 5 yeni yanğınsöndürən avtomobil verilib

Tarix:8-04-2023, 12:45

Naxçıvan FHN-ə 5 yeni yanğınsöndürən avtomobil verilib 

Son illərdə ölkəmizdə fövqəladə hallar orqanlarının fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir.

FHN-dən  YeniAN.az-a verilən xəbərə görə, muxtar respublikada yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyinə 5 müasir standartlara cavab verən yeni yanğınsöndürən avtomobili təqdim olunub.

Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə bu gün muxtar respublikada da əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində məqsədyönlü tədbirlər reallaşdırılır. Fövqəladə Hallar Nazirliyi yeni xidməti avtomobillərlə və texniki vasitələrlə təmin olunur, maddi-texniki bazası gücləndirilir.

Bu sahədə görülən işlərin davamı olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yaşayış sahələrində, sənaye, dağlıq-meşə zonalarında baş verən yanğınların söndürülməsi üçün Rusiya istehsalı olan 3 ədəd "KamAZ” və 1 ədəd "Ural” markalı yanğınsöndürən, Almaniya istehsalı olan 1 ədəd isə "İveco” Magirus markalı 42 metr hündürlüyə uzanan avtonərdivan avtomobili verilib.

Avtomobillər çoxprofillidir, yanğın yerinə şəxsi heyətin, yanğın texniki və xilasedici avadanlıqların, suyun və köpükəmələgətirən maddələrin daşınması, çoxmərtəbəli binalardan insanların təxliyəsi və əşyaların çıxarılması, xilasedici və yanğınsöndürənlərin yuxarı mərtəbələrə qaldırılması, yanğın yerinin işıqlandırılması eyni zamanda, digər köməkçi işlərin görülməsi üçün istifadə olunacaq.

Oxunub: 21



XƏBƏR LENTİ
Heydər Əliyevin adına parkın salınması üçün “Odlar-Yurdu” Mərkəzi və Nevinnominsk şəhəri arasında inkişaf edən əməkdaşlıq”
YAŞAR ŞİRVANİ – 65
XİN rəhbəri: “Vaşinqtonda sülh danışıqları üzrə razılaşdırılmış maddələrin sayı artıb”
Roma Papasının nümayəndəsi bu gün Kiyevə səfər edəcək
Ermənistan XİN rəhbəri: “Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyilik”
XİN rəhbəri: “Bəzi tərəflərin yanaşması sülh prosesi üzrə razılığın tez əldə olunmasına xidmət etmir”
Qazi Əbülfət Kərimov təltif olundu
Xalq şairi Səməd Vurğunun anım günüdür
Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI
Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları
Yavər Rüstəmov Ad gününüz mübarək!
Azərbaycanın Müstəqillik Günü
Ana vətən partiyasının Abşeron rayon təşkilatının sədri Elçin Quliyev ilə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye arasında görüş keçirilib
Metyu Brayza: Paşinyan sülh sazişinin imzalanmasını istəyir, ancaq qorxur
Füzulidə içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub
Serbiyada 8 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ukrayna daha 80 hərbçisinin meyitini geri qaytarıb
Siyəzəndə istirahət mərkəzi yandı FOTOLAR
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb FOTO