Valyuta məzənnəsi

Prokurorluq: Korrupsiyaya qarşı mübarizə üzrə ölkəmizdə aparılan islahatlara maraq göstərilir

Tarix:25-04-2023, 19:30

Beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən islahatlara yaxından maraq göstərir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində geniş miqyaslı islahatlar həyata keçirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin qabaqcıl beynəlxalq standartlar və mütərəqqi təcrübəyə uyğunlaşdırılması məqsədilə nüfuzlu regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq daim diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAN.az-a verilən xəbərə görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin Ekspertlər Qrupu aprel ayının 17-dən 21-dək ölkəmizə rəsmi səfərdə olub.

Səfərin məqsədi təşkilatın Anti-Korrupsiya Fəaliyyət Planı üzrə V dəyərləndirmə mərhələsi çərçivəsində Azərbaycanda bir sıra sahələrdə həyata keçirilən tədbirlərin beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi olub.

Qurumun ekspertləri korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasəti, dövlət qulluqçularının fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, dövlət satınalmaları və biznes sektorunda dürüstlük standartlarının tətbiqi, prokurorluq və məhkəmə sistemində şəffaflıq, korrupsiya cinayətlərinin istintaqı, eləcə də cinayət yolu ilə əldə edilmiş gəlirlərin bərpası kimi bir çox sahələrdə görülmüş işlərlə tanış olublar.

Müzakirələrdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Baş Prokurorluğunun struktur qurumları, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, həmçinin Azərbaycan Respublikası Milli Məclisi və Nazirlər Kabineti, Ədliyyə, Daxili İşlər, İqtisadiyyat, Maliyyə Nazirlikləri, Dövlət Təhlükəsizlik Xidməti də daxil olmaqla 20-dən artıq dövlət qurumunun əməkdaşları, müxtəlif instansiya məhkəmələrinin hakimləri, vətəndaş cəmiyyəti institutları, eləcə də paylarının nəzarət səhm zərfi dövlətə məxsus hüquqi şəxslərin nümayəndələri iştirak etmiş, ekspertlərin suallarını cavablandırıb.

Aprelin 21-də dəyərləndirmə mərhələsinin ölkə missiyasının yekunlaşması ilə əlaqədar olaraq ekspert qrupunun üzvləri ilə qurumun Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində ölkəmiz üzrə Milli Koordinator – Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüş zamanı çıxış edən Baş prokuror Kamran Əliyev bir daha ölkəmizdə korrupsiya və oxşar neqativ hallara qarşı mübarizə ilə bağlı qəti siyasi iradənin mövcudluğunu vurğulamış və bu çərçivədə beynəlxalq tərəfdaşlığa yüksək önəm verilməsini qeyd edib.

Bundan sonra Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin meneceri xanım Olqa Savran dəyərləndirmə missiyasının yüksək səviyyədə təşkil edilməsini qeyd edərək ölkəmizlə təşkilat arasında uzun illərə dayanan əməkdaşlıq əlaqələrinin mövcudluğunu və bütövlükdə Azərbaycanın qurumun fəaliyyətinə mühüm töhfələr verməsini vurğulanıb.

Daha sonra çıxış edən Ekspertlər Qrupunun rəhbəri xanım Jolita Vasiliaskuayte yaradılmış işgüzar şəraitə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmiş, səmərəli müzakirələr nəticəsində əldə edilmiş ilkin məlumatlara əsasən, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin bir çox istiqamətləri üzrə müsbət dinamikanın mövcud olması qənaətinə gəldiklərini bildirib.

Qeyd edilib ki, hazırkı səfər çərçivəsində əldə edilmiş məlumatlar əsasında yekun ölkə hesabatının hazırlanaraq cari ilin oktyabr ayında Fransa Respublikasının Paris şəhərində keçiriləcək müzakirələrdən sonra qəbul edilməsi nəzərdə tutulur.Prokurorluq: Korrupsiyaya qarşı mübarizə üzrə ölkəmizdə aparılan islahatlara maraq göstərilirProkurorluq: Korrupsiyaya qarşı mübarizə üzrə ölkəmizdə aparılan islahatlara maraq göstərilir

Oxunub: 17



XƏBƏR LENTİ
Heydər Əliyevin adına parkın salınması üçün “Odlar-Yurdu” Mərkəzi və Nevinnominsk şəhəri arasında inkişaf edən əməkdaşlıq”
YAŞAR ŞİRVANİ – 65
XİN rəhbəri: “Vaşinqtonda sülh danışıqları üzrə razılaşdırılmış maddələrin sayı artıb”
Roma Papasının nümayəndəsi bu gün Kiyevə səfər edəcək
Ermənistan XİN rəhbəri: “Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyilik”
XİN rəhbəri: “Bəzi tərəflərin yanaşması sülh prosesi üzrə razılığın tez əldə olunmasına xidmət etmir”
Qazi Əbülfət Kərimov təltif olundu
Xalq şairi Səməd Vurğunun anım günüdür
Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI
Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları
Yavər Rüstəmov Ad gününüz mübarək!
Azərbaycanın Müstəqillik Günü
Ana vətən partiyasının Abşeron rayon təşkilatının sədri Elçin Quliyev ilə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye arasında görüş keçirilib
Metyu Brayza: Paşinyan sülh sazişinin imzalanmasını istəyir, ancaq qorxur
Füzulidə içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub
Serbiyada 8 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ukrayna daha 80 hərbçisinin meyitini geri qaytarıb
Siyəzəndə istirahət mərkəzi yandı FOTOLAR
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb FOTO