Valyuta məzənnəsi

Bölgələrdə DOST xidmətləri şəbəkəsi yaradılır

Tarix:4-05-2023, 12:30

Bölgələrdə DOST xidmətləri şəbəkəsi yaradılır

Hazırda Naxçıvan, Bərdə, Şuşa, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallıda da DOST mərkəzlərinin açılması üçün işlər davam etdirilir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Nazirlikdən YeniAN.az-a verilən xəbərə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərindən biri kimi, 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST mərkəzi açıldığını, ötən dövrdə bu mərkəzlərdə 1,5 milyon vətəndaşa xidmət göstərildiyini qeyd edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST mərkəzlərində sosial sahələr üzrə 154 xidmətin "bir pəncərə”dən, operativ və şəffaf, müasir əsasda təqdim edildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz olduğu bildirilib. DOST təcrübəsinin bu gün dünyanın qabaqcıl təcrübələrindən biri kimi qəbul olunaraq 9 beynəlxalq mükafatla təltif edildiyi, hazırda bir çox ölkələrin bu təcrübəni tətbiq etməyə maraq göstərdiyi vurğulanıb.

Qeyd olunub ki, işğaldan azad edilmiş bölgələrimizin DOST xidmətləri ilə əhatə olunması istiqamətində ilk addım kimi ötən ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk "Smart DOST” xidmət məntəqəsi açılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən 2023-2026-cı illərdə Cəbrayıl, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Şuşada DOST xidmətləri infrastrukturu qurulacaq.

İclasda Nazirlik və qurumları tərəfindən bu ilin birinci rübündə 516 133 vətəndaşın qəbul edildiyi, onlardan 30 683-nün Nazirliyin Aparatının, qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, digərlərinin Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında və DOST mərkəzlərində qəbul edildiyi diqqətə çatdırılıb. Həmin dövrdə yazılı və e-qaydada 108 704, habelə 142 Çağrı Mərkəzi vasitəsilə 438 718, sosial şəbəkələr üzərindən 35 068 vətəndaş müraciətinin cavablandırıldığı qeyd olunub.

İclasda bölgələrdə DOST xidmətləri şəbəkəsi yaradılması, vətəndaşların qəbulu, müraciətlərinə baxılması, daxili nəzarət və audit, dövlət qulluğu, kadr məsələləri, digər sahələrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Nazirlik tərəfindən göstərilən xidmətlərin hazırlanmış pasportlarına da baxılaraq Kollegiya tərəfindən təsdiqlənməsi, bir sıra Vahid Tarif-İxtisas Sorğu Kitabçalarına dəyişiklik edilməsi qərara alınıb.

Oxunub: 15



XƏBƏR LENTİ
Heydər Əliyevin adına parkın salınması üçün “Odlar-Yurdu” Mərkəzi və Nevinnominsk şəhəri arasında inkişaf edən əməkdaşlıq”
YAŞAR ŞİRVANİ – 65
XİN rəhbəri: “Vaşinqtonda sülh danışıqları üzrə razılaşdırılmış maddələrin sayı artıb”
Roma Papasının nümayəndəsi bu gün Kiyevə səfər edəcək
Ermənistan XİN rəhbəri: “Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyilik”
XİN rəhbəri: “Bəzi tərəflərin yanaşması sülh prosesi üzrə razılığın tez əldə olunmasına xidmət etmir”
Qazi Əbülfət Kərimov təltif olundu
Xalq şairi Səməd Vurğunun anım günüdür
Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI
Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları
Yavər Rüstəmov Ad gününüz mübarək!
Azərbaycanın Müstəqillik Günü
Ana vətən partiyasının Abşeron rayon təşkilatının sədri Elçin Quliyev ilə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye arasında görüş keçirilib
Metyu Brayza: Paşinyan sülh sazişinin imzalanmasını istəyir, ancaq qorxur
Füzulidə içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub
Serbiyada 8 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ukrayna daha 80 hərbçisinin meyitini geri qaytarıb
Siyəzəndə istirahət mərkəzi yandı FOTOLAR
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb FOTO