Sabah Füzuli şəhərinə növbəti köç baş tutacaq.
YeniAN.az saytı xəbər verir ki, keçmiş məcburi köçkünlərin daha bir qrupu sentyabrın 7-də doğma Füzuli şəhərinə qayıdacaq.
Qeyd edək ki, Füzuli sakinlərinin doğma şəhərinə qayıdışına bu il avqustun 18-də başlanılıb.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən binalarda yaşayırlar.
İndiyədək 70 ailənin (247) nəfərin Füzuli şəhərinə qayıdışı təmin edilib.
Birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur.