Valyuta məzənnəsi

Təcavüz edilən yeniyetmə oğlan özünü öldürüb - Tükürpədən cinayət

Tarix:5-12-2024, 15:00

Bakıda tükürpədən cinayət baş verib.

YeniAN.az "Qafqazinfo”nun əldə etdiyi məlumatına istinadən xəbər verir ki, yeniyetmənin intiharına gətirib çıxaran hadisə bir müddət əvvəl Suraxanı rayonunun qəsəbələrindən birində qeydə alınıb. Söhbət yeniyetmə yaşına çatmayan iki oğlan uşağına qarşı zorakı hərəkətlər edilməsindən gedir. 

İstintaq materiallarında yazılır ki, qonşuluqda yaşayan 55 yaşlı X.A. iki məktəblini yaşadığı evə işləmək üçün çağırıb. Sonradan uşaqların köməksiz vəziyyətindən istifadə edərək onlara qarşı seksual hərəkətlər edib.tecavuz-edilen-yeniyetme-oglan-ozunu-oldurub

Şantaj vasitəsilə təkrarlanan bu cinayətin üstü zorakılığa məruz qalan yeniyetmələrdən birinin intiharından sonra açılıb. Başına gətirilənlərə dözməyən yeniyetmə özünü yaşadıqları evin həyətindəki taxta tirdən asıb. Onun asılmış meyitini məktəbdən qayıdan azyaşlı qardaşı görüb.

Bundan sonra Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb. İntihar edən yeniyetmənin bütün ailə üzvləri istintaqa cəlb edilib.

Toplanmış dəlil və sübutlar əsasında yeniyetmənin qonşusu tərəfindən intihar həddinə çatdırıldığı məlum olub. X.A.-nın yeniyetmələrə göndərdiyi əxlaqsız mesajlar da sübut kimi işə əlavə edilib. İbtidai istintaqın gedişində onun eyni hərəkətləri etdiyi ikinci yeniyetmə də ortaya çıxıb.

Ekspert rəylərindən görünür ki, intihar etmiş yeniyetmədə sıxıntı, gərginlik, bezikmə və çıxılmazlıq kimi hallar yaranıb. Bütün bunlar onu canına qəsd etməyə məcbur edib. 

Təqsirləndirilən X.A. Cinayət Məcəlləsinin intihar həddinə çatdırma, seksual xarakterli zorakılıq hərəkətləri etmə və digər ağır maddələrlə ittiham edilərək həbs edilib. Məhkəmədə təqsiri sübuta yetirilərsə, 20 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Oxunub: 66



XƏBƏR LENTİ
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Əliyevlə Paşinyan nəyi müzakirə ediblər?
Fotonun içindəki foto...
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
Nazir: "Sertifikasiya prosesi zamanı beş nəfər imtahana telefon keçirmək istəyib"
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
Əbu-Dabidə İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub
Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı
Qvatemalada güclü zəlzələ: İki nəfər öldü, yüzlərlə yaralı var
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə