27 iyul tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək dünya ulduzu Castin Timberleykin möhtəşəm konserti təkcə musiqi sevərlərə unudulmaz anlar yaşatmaqla kifayətlənməyəcək. Bu dəfə səhnə ətrafındakı həyəcanla yanaşı, tamaşaçılardan biri "Sea Breeze”də mənzil qazanmaq şansını əldə edəcək.
"Sea Breeze” şirkəti "iTicket Production” ilə birgə "Sea Breeze”də mənzil biletlə” adlı reklam aksiyasına start verib. Aksiya çərçivəsində konsertə bilet alan və tədbirdə iştirak edən şəxslər arasından biri təsadüfi seçimlə müəyyən olunaraq, "Park Lane” kompleksində yerləşən 37.5 m²-lik studiya tipli mənzilə sahib olacaq.
Aksiyada iştirak etmək üçün əlavə heç bir addım tələb olunmur - sadəcə konsertə bilet almaq və tədbirdə şəxsən iştirak etmək kifayətdir. Reklam aksiyasının sonuncu günü iyulun 26-dır.
Hər bir bilet üzərindəki unikal ştrix-kod vasitəsilə avtomatik olaraq aksiyada iştirak edir. Qalib isə tədbirdən sonra üç gün ərzində təsadüfi seçim yolu ilə müəyyən ediləcək və nəticələr @seabreeze.realestate rəsmi instaqram səhifəsində elan olunacaq.
Qalib şəxsə bilet alışı zamanı qeyd etdiyi telefon nömrəsi və ya e-poçt ünvanı vasitəsilə rəsmi məlumat veriləcək. Aksiyada yalnız 18 yaşdan yuxarı şəxslər iştirak edə bilər.
Aksiyada iştirak etmək istəməyən şəxslər bu barədə info@iticket.az ünvanına elektron məktub göndərməlidir. Məktubun mövzusu "Aksiyada iştirakdan imtina” olmalı və aşağıdakı mətn daxil edilməlidir: "Mən [Ad, Soyad] 27.07.2025-ci il tarixində keçiriləcək Castin Timberleyk konserti çərçivəsində təşkil olunmuş reklam aksiyasında iştirakdan imtina edirəm. Biletimin iştirakdan çıxarılmasını xahiş edirəm”.
Məktuba biletin surəti əlavə olunmalıdır.
Ətraflı qaydalarla tanış olmaq üçün rəsmi keçiddən istifadə edə bilərsiniz: https://iticket.az/page/apartment-in-sea-breeze-for-the-ticket
Dünyanın ən tanınmış pop ifaçılarından biri olan Castin Timberleyk musiqi, kino və şou-biznes sahəsində fəaliyyəti ilə seçilir. O, həmçinin aktyorluq, prodüserlik və biznes sahəsində də uğurları ilə tanınır.
90-cı illərin sonlarında NSYNC qrupunun üzvü kimi dünya şöhrəti qazanan Timberleyk qısa zamanda solo karyerasına başlayaraq öz adını pop musiqisinin zirvəsinə yazdırıb. Həmin illərdə Castin ilk albomu "Justified” olan, daha sonra "FutureSex/LoveSounds” və "The 20/20 Experience” kimi albomlarla milyonlarla dinləyicini ələ alıb.
Castinin uğurları təkcə musiqi ilə məhdudlaşmır. 10 "Grammy”, 4 "Emmy” və "Can’t Stop the Feeling!” hitinə görə "Oskar” nominasiyasına layiq görülən ifaçı dünya üzrə musiqi sıralamalarını titrədərək milyonların sevimlisinə çevrilib. O, həmçinin bir çox Hollivud filmlərində aktyor kimi uğurla çıxış edib.
Karyerası ərzində 54 milyondan çox albom və 63 milyondan çox sinql sataraq, C. Timberleyk dünya miqyasında bir ulduza çevrilib.
Tədbirə biletləri iTicket.az saytı, mobil tətbiqi və şəhərin bütün kassalarında əldə edə bilərsiniz.