Valyuta məzənnəsi

“Bəzi diplomlar hay-küylə üzləşməmək üçün verilir” - Emin Əmrullayev

Tarix:16-09-2025, 08:07

bezi-diplomlar-hay-kuyle-uzlesmemek-ucun-verilir

"Əgər ölkədəki ali təhsil müəssisəsinin pedoqoji fakültəsini bitirən şəxs MİQ imtahanında heç olmasa minimal bal toplamırsa, sual yaranır: o diplomu verən müəssisə məsuliyyət daşıyır, ya yox?”

"Qafqazinfo” xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf” proqramında deyib.  

Nazir bildirib ki, bəzi hallarda universitetlərdə diplomlar müəyyən ambisiyalara görə təqdim olunur:

"Əgər adama diplom vermisənsə, mən demirəm o hamıdan yüksək bal yığsın, deyirəm ki, minimal bal toplasın. Bu diplomlar sadəcə olaraq bəzən mərhəmət hissi ilə, bəzən kiminləsə üz-üzə gəlməmək, bəzən kiminsə hay-küyü ilə üzləşməmək üçün verilir. Sonra əmək bazarında həmin adamların bacarıqları olmayanda bunun məsuliyyətini həmin ali təhsil müəssisəsi daşıyır. Bunu ört-basdır etmək düz deyil”.

Oxunub: 15



XƏBƏR LENTİ