Müğənni Aygün Mahmudova rejissor həyat yoldaşı Kənan M.M.-lə yeni fotosunu paylaşıb.
Obyektivxeber.info-ın məlumatına görə, Türkiyəyə köçən cütlüyün şəkli Aygünün 86 minlik İnstaqramında müzakirələrə səbəb olub.
Fərqli saç düzümündə olan ifaçının xeyli çəki alması da izləyicilərin diqqətindən qaçmayıb. Hətta bir çoxları Aygünü tanımadıqlarını yazıblar.
Mahmudova ərinin ünvanına "Canımın içi... Allah səni mənə çox görməsin... Ömrüm" sözlərini qeyd edib.
Qeyd edək ki, Kənan Türkiyədə seriala çəkilir. Aygün isə Ebru Gündeşin yeni layihəsində yer alacaq.
Oxunub: 364