Valyuta məzənnəsi

"Mashup"ı gülünc vəziyyətə qoydu" - Zümrüd

Tarix:9-02-2019, 12:25

"Mashup"ı gülünc vəziyyətə qoydu" - Zümrüd

Aparıcı Zümrüd Bədəlova "Hər şey daxil" verilişinin qonağı olub.

Obyektivxeber.info-ın məlumatına görə, Zümrüd aparıcısı olduğu "X maqazin" verilişindən danışıb. O, proqram zamanı onu makiyaj edən kişi müğənnilərdən söz açıb:

"Əlimə fırça almaram" deyənlərə verilişimdə makiyaj etdirmişəm. Elə Ədalət Şükürov... Deyirdi, yox, mən necə edərəm? Amma yaxşı da alındı. Vasif Məhərrəmli də eynən".

Zümrüd "Mahsup"lardan danışaraq müğənni Əbdül Xalidlə bağlı qalmaqallı sözlər deyib:

"Mashup"ı gülünc vəziyyətə qoyanlar oldu. Elə bu mövzuda Əbdül Xalidin adı çox hallandı. Onun ifası "Youtube"dan da götürüldü".
Oxunub: 285



XƏBƏR LENTİ