Valyuta məzənnəsi

Cahangir Hacıyev və Əli Həsənovun adamının Ağcabədi şefi ilə misilsiz cinayətləri: yeni dosye Cahan.info–da...

Tarix:19-09-2018, 10:51

Cahangir Hacıyev və Əli Həsənovun adamının Ağcabədi şefi ilə misilsiz cinayətləri: yeni dosye Cahan.info–da...

Ağcabədinin icra başçısı Şahin Məmmmədov “Azərbaycan Beynəlxalq Bankı”nın həbsdəki sabiq rəhbəri Cahangir Hacıyevin yaxın adamı Qorxmaz Paşayevlə maxinasiyalara şəriklikdə ittiham olunur

Cahan.info-nun verdiyi xəbərə görə, Q.Paşayevin rəhbəri olduğu “TTŞ İnşaat” şirkəti Ağcabədidə su və kanalizasiyaxətlərinin çəkilişini həyata keçirir.

Amma C.Hacıyevin yaxın kadrı kimi tanınan Q.Paşayevlə rayonun başçısı Ş.Məmmədov bu layihənin icrasına qazanc mənbəyi kimi yanaşırlar.

Bu haqda pia.az saytı yazıb. Bildirilir ki, “TTŞ İnşaat” şirkəti Ağcabədi şəhərinin daxili yollarını bərbad duruma salıb.

Şəhər daxili yolların təmirinə yenidən dövlət büdcəsindən külli miqdarda vəsaitlər xərclənib. Ancaq su və kanalizasiya çəkilişlərindən sonra daxili yollardan əsər-əlamət yoxdur.

Sayt yazır ki, icra başçısı ilə “TTŞ İnşaat” şirkəti şefi su və kanalizasiya çəkilişlərində istifadə olunan qum, çınqıl materiallarını Qarqar çayının yataqlarında yığıblar.

Bir neçə şəxsin adına bağlanan formal müqavilələrdən başqa, hər hansı bir sənədləşmə olmayan qum, çınqıl yığımından həm icra başçısı, həm “TTŞ İnşaat” şirkətinin rəhbəri qazanıb.

Q.Paşayevin işlərinə rəhbərlik edən Xəyal Aslanzadənin də layihə çərçivəsində yaxşı qazanc əldə etdiyi deyilir.

“TTŞ İnşaat” şirkətinin rəhbəri layihə çərçivəsində görülən işlərin qiymətləri bir neçə dəfə şişirtməklə bərabər, həm də bəzi işçi qüvvələrinin və texnikaların da sayını artırıb.

Gündəlik qum və çınqıl daşıyan ağır tonajlı maşınların daşınma xərcləri bir neçə dəfə şişirdilməklə layihədən milyonlarla manat vəsait silinib.

Cahan.info xəbər verir ki, “TTŞ inşaat” şirkətinin rəhbəri Qorxmaz Paşayevlə “Azərsu”ASC prezidenti Qorxmaz Hüseynovun şəriklikdə adı keçir.

Amma əsasən məhbus bankir C.Hacıyevlə yaxınlığı onun şirkətinin yollarını açıb. Bankir həbs olunanda Paşayev ölkəni tərk edərək Rusiyada yaşayıb. Ara sakitləşib, “Azərsu” prezidentinin hamili ilə vətənə dönərək işlərini davam etdirib.

Q.Paşayev əldə etdikləri milyonlar hesabına Bakıda və Ukraynada böyük restoranlar şəbəkəsi alıblar və saysız-hesabsız obyektlərə yiyələnib. Dünyamin Xəlilovla Qorxmaz Paşayev fantastik məbləğdə kredit alıb qaytarmayıblar.

Aktivlərinin böyük hissəsi dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankından külli miqdarda kredit götürüb geri qaytarmayan iş adamlarının bir çoxu istintaqa cəlb olunsa da, istintaqdan yayına bilənlər də az deyil.

Belə şəxslər sırasında Hacıyevə yaxın kadrlar da var. Banka ən çox borcu olanlardan biri, eks-deputat, “Globus Plaza” şirkətinin sahibi Dünyamin Xəlilov və eləcə də Qorxmaz Paşayevdir.

Q.Paşayev ölkədən çıxardığı pulların bir qismini Ukraynada biznesə yatırtsa da, əsas astronomik məbləğlər Vyanada bahalı əmlaklar, restoranlar alınmasına məsrəf olunub. Həmin pullara alınan bahalı restoranlardan biri də “Feria Lounge” adlanır.

Vyananın Franz-Josefs-Kai 11 // 1010 Wien prospektində yerləşən bu restoranın aylıq gəliri 100 min dolları aşır. O, 2012-ci ildə təkcə bu restoranın alınmasına ümumilikdə 1 milyon dolara yaxın pul verib. Əvvəl ərazidə balaca kafe və bir dükan olub.

Q.Paşayev oradakı dükanı 450 min dollara, kafeni isə 500 min dollara alıb. Bundan sonra bu tikililər birləşdirilərək böyük restoran-bar şəklinə salınıb. Q.Paşayev təmir tikinti işinə 500 min dollar xərcləyib.Bu faktları istiqlal.az yazıb.

Cahan.info aztoday.az saytına istinadla yazır ki, ilk günlərdən kiçik biznesə doğulduğu kəndin adıyla bağlı yaratdığı “Alıbəyli” Kooperativi ilə başlayan Qorxmaz Paşayev tikinti materiallarının alqı-satqısı ilə məşğul olub.

Ancaq yaxın zaman ərzində dövlət büdcəsi hesabına həyata keçirilən layihələrə qoşulması Qorxmaz Paşayevi milyonçuya çevrib. Bu layihələrin bir çoxunu isə Qorxmaz Paşayev özünün “Alıbəyli” Kiçik Müəssisəsi ilə həyata keçirib.

Qorxmaz Paşayevin “Alıbəyli” Kiçik Müəssisəsi dövlət büdcəsi hesabına həyata iri məbləğli layihələrə qatılması Əli Həsənov Qaçqınların və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri təyin olunduqdan sonra mümkün olub.

Bu layihələr arasında əsas yeri ilk illər məcburi köçkünlər üçün tikilən qəsəbələr təşkil edir. 2004-cü ildə “Alıbəyli” Kiçik Müəssisəsi “Alıbəyli Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilir. Qorxmaz Paşayevin biznesində isə dəyişiklik yalnız bununla bitmir.

“Alıbəyli” Kiçik Müəssisəsi “Alıbəyli Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsindən sonra Qorxmaz Paşayev yol şəbəkəsi, su və qaz xətləri, elektrik şəbəkəsi, drenaj və kanalizasiya sistemlərinin inşası üzrə tenderlərə qoşulmaq imkanı qazanır.

Məsələn, Azərsu Açıx Səhmdar Cəmiyyətinin Qrantlar hesabına Şamaxı rayonunda həyata keçirilən su paylayıcı sisteminin və sugötürücü qurğuların tikintisi üzrə 13.5 milyonluq tenderin qalibi olur. Tezliklə isə bütün ölkə boyu su və kanalizasiya çəkilişləri ilə bağlı tenderləri qazanmağa nail olur.

Bir müddətdən sonra isə “Alıbəyli Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin həyata keçirdiyi tenderləri “T.T.Ş” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirməyə başlayır.

Bu isə ictimaiyyətdə “Alıbəyli Şirkəti” MMC-nin “T.T.Ş” MMC-yə çevrilməsi kimi qəbul olunur.

İddialara görə, Qorxmaz Paşayevin “Alıbəyli” Kiçik Müəssisəsi kimi başlayıb “Alıbəyli Şirkəti” MMC-i ilə davam edən və hazırda “T.T.Ş” MMC-i kimi fəaliyyət göstərən tender biznesinin bu günə kimi həyata keçirdiyi layihələrə 500 milyon manatdan artıq büdcə pulu, beynəlxalq maliyyə institutlarından alınan kredit və qrant sərf edilib.

Ancaq rəqəmin bir milyard manatdan artıq olduğunu da iddia edənlər var.

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq...

obyektivxeber.info

Oxunub: 569



XƏBƏR LENTİ