Qroznı Dövlət Neft Texniki Universitetində təhsil yüksək səviyyədədir.
Bu universitetdə bizim Azəri soydaşlarımız da təhsil alırlar. Onlar üçün yüksək şərait yaradılıb. Bu şəraitin yaradılmasında və xarici tələbələrə qayğıda Musa Maqomadov və Timur Yaqubovun rolu böyükdür.
Bir çox dövlətlərdə universitetlər fəaliyyət göstərir. Bu təhsil müəssisələri bəzən təhsilin səviyyəsinə görə ya yuxarı ya da aşağı səviyyədə olur.
Bəzən universitetin yerləşdiyi ərazi təhlükəsizlik baxımından tələbələri qane etmir. Elə universitetlər də vardır ki, həm təhsilin yüksək səviyyədə olması və həmin universitetin yerləşdiyi şəhərin təhlükəsizliyi baxımından tələbələri özünə cəlb edir. Belə universitetlər Rusiya Federasiyasında kifayət qədərdir.
Belə universitetlərdən biri də Çeçenstanda yerləşən Qroznı Dövlət Neft Texniki Universitetini qeyd etmək olar. Bu ali təhsil ocağının yüksək səviyyədə verdiyi təhsil, fikrimi bu universitetə yönəltdi. Və bu universitetlə bağlı təəssüratlarımı sizinlə bölüşürəm.
M.D.Millionşikov adına Qroznı Dövlət Neft Texniki Universiteti (ГГНТУ )1920-ci ildən fəaliyyət göstərir. Universitetin məzunları bir çox vəzifə sahibləridir.
Qroznı Dövlət Neft Texniki Universitetində tanınmış müəllimlər və İbrahim Qayrabekov ,Timur Yaqubov kimi savadlı professorlar çalışır. Burada yüksək səviyyədə tədris aparılır. Tələbələrin yüksək ali təhsil alması üçün universitetdə hər bir şərait yaradılıb.
Universitetin rektoru Maqomed Mintsayev başda olmaqla, burada tələbələrin təhsil səviyyəsini artırmaq üçün müəllimlər əllərindən gələni əsirgəmirlər. Universitetdə olarkən, orada olan təhsilin yüksək səviyyədə olması və müəllimlərin xoş rəftarı məni də yenidən oxumağa həvəsləndirmişdir.
Bu universitetdə bizim Azəri soydaşlarımız da təhsil alırlar. Onlar üçün yüksək səviyyədə şərait yaradılıb. Bu şəraitin yaradılmasında və xarici tələbələrə qayğıda Musa Maqomadov, Anzor Uspanov və Suliman Zavqayevin rolu böyükdür. Onlar bütün xarici tələbələrə dəstək olurlar. Tələbələrin problemləri ilə tanış olub və əllərindən gələni əsirgəmirlər.
Universitetin yataqxanası isə çox yüksək səviyyədədir. Yeni tikilmiş tələbə yataqxanası, təhsil alanların yaşaması üçün hər bir şəraitlə təmin edilibdir.
Mən bir çox dövlətlərdə olarkən, ali təhsil ocaqları ilə maraqlanıb, bu haqda bir jurnalist kimi müsbət və mənfi fikirlərimi bildirmişəm. Lakin , Qroznı Dövlət Neft Texniki Universiteti haqqında yalnız müsbət fikirlər dərc etmək olar. Bu təhsil müəssisəsi mənə xoş və çox doğmadır.
Əlavə olaraq bildirim ki, bu il universitetin bir neçə əməkdaşı və Elmlər doktoru Timur Yaqubov
'' Yeni Azərbaycan Naminə ''qəzeti və ''YeniAN.az'' saytı adından fəxri diplomla təltif edilmişdir.
Təhsil almaq istəyən bütün Azərbaycan gənclərinə də bu universiteti seçməyi məsləhət görürəm.
''Yeni Azərbaycan Naminə'' qəzetinin və ''YeniAN.az '' saytının baş redaktoru,
Beynəlxalq dərəcəli jurnalist Ramazan Bağırov.