Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində mina partlaması nəticəsində bir erməni hərbçi yaralanıb.
Obyektivxeber.info erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Minaya düşən hərbçi Ermənistanın Tavuş bölgəsinin Çoratan icmasının sakinidir.
İcma rəhbəri Berd Harutyun Manuçaryan faktı təsdiqləyib. O bildirib ki, mina partlaması nəticəsində hərbçi A. Sadyan yaralanıb.
"O, əməliyyat edilib, həkimlər ayağını dizdən aşağı amputasiya etmək məcburiyyətində qalıblar”.