Mayın 5-də Xaçmazda baş vermiş ağır qəzada xəsarət alan şəxs 48 gün sonra vəfat edib.
"Qafqazinfo” xəbər verir ki, Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Yaquboba kəndi ərazisindən keçən hissəsində "Toyota” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində yaralanan 1962-ci il təvəllüdlü Xanlar Balacayev xəstəxanada ölüb.
Qeyd edək ki, hadisə vaxtı X.Balacayevin kürəkəni, 1984-cü il təvəllüdlü sürücü Tərlan Həsənbəyov də vəfat edib. X.Balacayevin həyat yoldaşı və nəvəsi isə xəsatəxanaya yerləşdilib.