Valyuta məzənnəsi

Xüsusi nümayəndə: Suqovuşan və Hadrut qəsəbələrinin baş planları hazırdır

Tarix:17-04-2023, 14:59

Xüsusi nümayəndə: Suqovuşan və Hadrut qəsəbələrinin baş planları hazırdırArtıq Ağdam və Füzuli şəhərlərinin, Suqovuşan və Hadrut qəsəbələrinin baş planları hazırdır.

YeniAN.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda işğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi ilə bağlı elmi-praktik konfransda çıxışında deyib.

Ağdam və Füzuli şəhərlərinin baş planlarının Nazirlər Kabineti tərəfindən təsdiq olunduğunu qeyd edən Emin Hüseynovun sözlərinə görə, digər regionlarla da bağlı layihələndirmə işlərinə başlanılıb: "Qarabağ iqtisadi rayonunun digər bölgələrində də bu proses gedir. Rəylər toplanır və artıq ümumi fikir bəllidir”.


Oxunub: 73



XƏBƏR LENTİ