Valyuta məzənnəsi

Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Füzuli və Şuşada olub

Tarix:29-04-2023, 17:41

Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Füzuli və Şuşada olubBeynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə ölkəmizdə səfərdədir.

Bu barədə YeniAN.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

Aprelin 28-də qonaqlar Füzuli və Şuşa şəhərlərinə səfər ediblər. Nümayəndə heyətinə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş Füzuli və mədəniyyət paytaxtımız olan Şuşa şəhərində dövlət başçısının və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqları ilə həyata keçirilən genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Qonaqlar ilk öncə Qarabağın hava qapısı hesab olunan sosial-iqtisadi əhəmiyyətə malik Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanış olmuş, onlara bütün müasir və beynəlxalq standartlara cavab verən aeroportda yaradılmış şərait barədə geniş məlumat verilib.

 

Nümayəndə heyətinin üzvləri yol boyu erməni işğalçıları tərəfindən Azərbaycanın inkişaf etmiş şəhərlərindən biri olmuş Füzulinin məqsədyönlü olaraq vəhşicəsinə viran edilmiş yaşayış məskənlərinin və infrastruktur obyektlərinin, insanlığı dəhşətə gətirən vandalizmin əyani şahidi olublar.

 

Şuşada qonaqlar Ümummilli Lider Heydər Əliyevin müdaxiləsi ilə qorunub saxlanmış görkəmli sənət xadimləri – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini ziyarət ediblər.

 

Cıdır düzünü ziyarət edən nümayəndə heyətinə heyrətamiz mənzərəyə malik ərazinin şuşalıların və Şuşaya gələn qonaqların ən sevimli məkanı, çövkən oyunları, Novruz və digər el şənliklərinin keçirildiyi seyrəngahı olduğu bildirilib.

 

Qonaqlar erməni vandalizminə məruz qalmış və işğal bitdikdən sonra ölkə başçısının rəhbərliyi ilə əvvəlki görkəmində tam bərpa edilmiş Vaqifin məqbərəsini, tarixi Qala divarlarını, Azərbaycan vokal sənətinin banisi Bülbülün ev muzeyini ziyarət ediblər.

 

Qısa vaxtda görülmüş genişmiqyaslı işlərin böyük təəssürat yaratdığı vurğulanıb.

 

Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri başa çatıbBeynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Füzuli və Şuşada olubBeynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Füzuli və Şuşada olub

Oxunub: 126



XƏBƏR LENTİ
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Əliyevlə Paşinyan nəyi müzakirə ediblər?
Fotonun içindəki foto...
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
Nazir: "Sertifikasiya prosesi zamanı beş nəfər imtahana telefon keçirmək istəyib"
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
Əbu-Dabidə İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub
Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı
Qvatemalada güclü zəlzələ: İki nəfər öldü, yüzlərlə yaralı var
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə