Valyuta məzənnəsi

Qudyalçay üzərində uçmuş körpüyə alternativ yol salınıb - FOTO

Tarix:24-10-2023, 17:37

Qudyalçay üzərində uçmuş körpüyə alternativ yol salınıb - FOTO İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu respublika əhəmiyyətli

Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun

27-ci km-də, Qudyalçay üzərində dağılmış avtomobil körpüsünün yerində yenisinin inşası

sürətlə davam edir.

YeniAN.az  xəbər verir ki, yeni körpü inşa edilənədək vətəndaşların rahat hərəkətini

təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilərək istifadəyə verilib.

200 metr uzunluğa malik sözügedən müvəqqəti yol körpüdən təxminən 50 metr qərb istiqamətdə

inşa olunub.

Xatırladaq ki, sürücülər müvəqqəti alternativ yol kimi Xaçmaz rayonu,

Qımılqışlaq kəndi ərazisindən keçən yoldan da istifadə edə bilərlər.

Sözügedən yol boyunca hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb.

Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı nişanlar quraşdırılıb.

Yeni körpünün inşası istiqamətində də tikinti işləri sürətlə davam etdirilir.

Artıq sözügedən körpünün kənar dayaqlarının, orta dayaq bünövrəsinin

və sütünlarının inşası yekunlaşıb. Hazırda orta dayağın rigelinin karkasının və

qəlibinin hazırlanması, çay məcrasında mühafizə bəndinin inşası üçün

baraj svaylarının betonlanması işləri aparılır. İki aşırımlı yeni körpünün uzunluğu 66,

eni isə 15.5 metr olacaq. Körpüdə piyadalar üçün 2 hərəkət zolağı da nəzərdə tutulub.

Qeyd edək ki, hadisə baş verəndən dərhal sonra əraziyə

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq,

ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Agentliyin rəhbərliyi və aidiyyəti qurumların əməkdaşları tərəfindən

təbii fəlakət nəticəsində çökmüş körpüyə baxış keçirilib və yerində yeni avtomobil körpüsünün

inşası qərara alınıb. Bununla əlaqədar olaraq əraziyə xüsusi texnikalar cəlb edilərək işlərə başlanılıb.Qudyalçay üzərində uçmuş körpüyə alternativ yol salınıb - FOTO Qudyalçay üzərində uçmuş körpüyə alternativ yol salınıb - FOTO Qudyalçay üzərində uçmuş körpüyə alternativ yol salınıb - FOTO Qudyalçay üzərində uçmuş körpüyə alternativ yol salınıb - FOTO

Oxunub: 183



XƏBƏR LENTİ
Şuşanın təbiəti sakinlərin 30 illik ayrılıqdan sonra öz evlərinə qayıtmasına sevinir HİKMƏT HACIYEV
ANAMA Kəlbəcərdəki mina partlayışından sonra əhaliyə növbəti çağırış edib
Bakıda 75 yaşlı kişi qətlə yetirildi: Şübhəli şəxs saxlanıldı
"Kliniki ölüm keçirtdim" - Natavan Həbibi
“Microsoft”a görə ABŞ-də ləğv edilən uçuşların sayı 2,3 mini keçdi
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyevin ll Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü canlı yayımlanacaq
Xankəndiyə marşrut xətti açılır - RƏSMİ
FTX Yessentukidə terror aktının qarşısını alıb
Hərbi xidmətdən yayınmaq istəyənlər üçün PİS XƏBƏR - Artıq mümkün olmayacaq...
Ermənistanda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb
Berlin hava limanında uçuşlar dayandırılıb
Dünyada kütləvi nasazlıq yaşanır: Hava yolları və bankların işində problem
Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - Bu şəxslər 1 000 manat CƏRİMƏ OLUNACAQ
İlham Əliyev Oksfordda Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb
lham Əliyev Oksfordda Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb
İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib
İlham Əliyev Bakıda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib