Valyuta məzənnəsi

Bu küçədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Tarix:12-04-2019, 12:57

Bu küçədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqTəmir-tikinti işləri ilə əlaqədar aprelin 12-dən 13-nə keçən gecədən etibarən aprelin 14-ü axşam saatlarınadək Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki Xurşidbanu Natəvan küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən küçəyə avtonəqliyyat vasitələrinin daxil olması Yəhyə Hüseynov və Rəşid İsmayılov küçələri ilə kəsişmədən məhdudlaşdırılmaqla alternativ olaraq həmin küçələrə yönəldiləcək.

Ərazidə sıxlıq yaranmaması üçün sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Oxunub: 251



XƏBƏR LENTİ