Bakının Səbail rayonunda, Badamdar sürüşmə zonasında çoxlu yeni çatlar yaranıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən minval.info-ya verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsinin üzərində çoxlu sayda yeni çatlar müşahidə edilir.
Sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir.
Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb.