Valyuta məzənnəsi

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

Tarix:8-02-2019, 12:15

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan idarə etdiyi “Oka” markalı avtomobili ilə gələn Azərbaycan vətəndaşı “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirsə də, gömrük yoxlamasında minik maşınının salonunda - ön oturacağın içərisində 5000 ədəd “King” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Oxunub: 257



XƏBƏR LENTİ