Fevralın 13-də Şamaxı rayonunun Quşçu kəndi ərazisində “Quşçu” vulkanında püskürmə qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, RSXM-nin “Zəlzələlərin tədqiqatı” bürosunun məlumatına görə, püskürmə yerli vaxtla 06:25-də qeydə alınıb. Püskürmə 1 dəqiqə 30 saniyə davam edib.
Oxunub: 281