Valyuta məzənnəsi

Zəlzələ bölgəsində sürüşmə faktı aşkarlanıb

Tarix:8-02-2019, 12:13

Zəlzələ bölgəsində sürüşmə faktı aşkarlanıb
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları İsmayıllı və Ağsu rayonlarında fevralın 5-də baş vermiş zəlzələlərlə bağlı seysmoloji tədqiqatları davam etdirirlər.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədqiqatlar nəticəsində Şamaxı rayonunun ərazisində sürüşmə faktı aşkarlanıb. Belə ki, rayon ərazisindəki Qızmeydan yolunun kənarında sürüşmə sahələrində aktivlik müşahidə olunub. Aşkarlanan birinci sürüşmə sahəsinin yanında asfalt yolun üzərində 5-10 millimetrlik çatlar yaranıb. Bundan başqa, yolun kənarında 15-25 millimetrlik çökmə və sürüşmə prosesi müşahidə edilib.

Yolun ikinci hissəsindəki sürüşmə sahəsində asfalt üzərində 5-10 millimetrlik çatlar, yol kənarında isə 20-30 santimetrlik aralanma qeydə alınıb. Həmçinin Ağsu aşırımında yolun 154-cü kilometrinə qədər hissəsində çatlar və çökmələr müşahidə olunub.

Bununla yanaşı, mərkəzin əməkdaşları ayrı-ayrı qruplarda zəlzələnin episentrində gərginliyin öyrənilməsi ilə bağlı kompleks tədqiqatları davam etdirirlər. Hazırda müxtəlif istiqamətlərdə profillər üzrə seysmik və geofiziki tədqiqatlar aparılır.

Aparılan araşdırmalarla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Oxunub: 320



XƏBƏR LENTİ