2019-cu ildə Ukraynada qızılca xəstəliyindən həlak olanların sayı 10 nəfərə çatıb, bunlardan 3-ü uşaqdır. Bu barədə AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir. Məlumata görə, qızılca xəstəliyi mövsümü başlayandan bəri 31 nəfər bu xəstəlikdən həlak olub.
2018-ci ilin dekabrın 28-dən 2019-cu il martın 4-ə kimi Ukraynada 26544 nəfər qızılca xəstəliyinə tutulub. Bunlardan 14747-si uşaq olub. Bu xəstəlik ən çox Ukraynanın qərb bölgəsində yayılıb.
Oxunub: 327