Rumıniyada qripdən ölənlərin sayı 87 nəfərə çatıb. Xəstəliyin ağırlaşması səbəbindən son günlərdə 5 nəfər vəfat edib. Həkimlərin sözlərinə görə pasientlər xroniki xəstəlikdən əziyyət çəkirdilər və qripdən peyvənd olunmayıblar. Rumıniya ilə yanaşı sərhəd ölkələrdə də xəstəlikdən ölənlərin sayı artır. Ukrayna və Bolqarıstanda vəziyyət daha ağır olduğu qeyd olunub.