Valyuta məzənnəsi

Nəsimi rayonu ərazisində quldurluq etmiş dəstənin digər üzvləri də yaxalanıb

Tarix:12-03-2019, 12:21

Nəsimi rayonu ərazisində quldurluq etmiş dəstənin digər üzvləri də yaxalanıb
Paytaxtın Nəsimi rayonu ərazisində quldurluq etmiş dəstənin digər üzvləri də polis əməkdaşları tərəfindən yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Nəsimi rayonu ərazisində kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyevin evinə gəlib quldurluq yolu ilə oradan 1900 manat pul və avtomobil açarlarını aparmaqda şübhəli bilinən qrupun digər üzvləri - Tərtər rayon sakini E.Hüseynli və Gəncə şəhər sakini N.Cəfərova da müəyyən edilərək saxlanılıblar.
Oxunub: 338



XƏBƏR LENTİ