Valyuta məzənnəsi

Bakıda avtobuslarda qadınlara qarşı İYRƏNC HƏRƏKƏT ETDİ

Tarix:1-03-2019, 12:55

Bakıda avtobuslarda qadınlara qarşı İYRƏNC HƏRƏKƏT ETDİ
Bakıda ictimai nəqliyyatda cibgirlik etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Obyektivxeber.info-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində marşrut avtobuslarında əsasən qadınların çantalarından pul, sənəd, bankomat kartları və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Biləsuvar rayon sakini Ə.Həsənov olduğu müəyyən edilib.

Araşdırmalar aparılır.
Oxunub: 245



XƏBƏR LENTİ