Valyuta məzənnəsi

ADA Universitetinin müəllimi Macarıstanda mühazirələr oxuyub

Tarix:22-03-2019, 14:34

ADA Universitetinin müəllimi Macarıstanda mühazirələr oxuyub
ADA Universitetinin ictimai və beynəlxalq münasibətlər fakültəsinin müəllimi Şəfəq Mehrəliyeva Macarıstan Milli İctimai İdarəetmə Universitetində Avropa İttifaqının “Erasmus+” akademik mübadilə proqramı çərçivəsində mühazirələr oxuyub. O, dərslərdə Azərbaycanın ictimai diplomatiyasının istiqamətlərini, Azərbaycan multikulturalizmi və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyasını macar tələbə auditoriyası üçün açıqlayib. Mühazirə mövzularından biri Novruz bayramına həsr edilib.

ADA Universiteti təmsilçisi mühazirələrində vurğulayib ki, “multikulturalizm” ictimai elmlərdə nisbətən yeni beynəlxalq termin kimi istifadə olunsa da, azərbaycanlıların milli kimliyini əsrlərdən bəri səciyyələndirib. Tarixən İpək Yolu üstündə yerləşən ölkəmiz coğrafi mövqeyinin təsiri ilə müxtəlif etnik və dini mənsubiyyətli insanlara həmişə açıq olmuş və onlarla sülh şəraitində yaşayıb.

Qafqaz bölgəsinin mürəkkəb demoqrafik müxtəlifliyini təsvir edən ADA müəllimi qeyd edib ki, Sovet İttifaqı süquta uğradıqdan sonra bir çox keçmiş respublikalar inkişaf yollarını axtararkən, Azərbaycanda ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə tez bir zamanda surətli dövlət quruculuğu prosesi başlanıb. 1918-ci ilin demokratik irsini bərpa edən Azərbaycan təbii ehtiyatlarını beynəlxalq tərəfdaşlarla birgə hasil edərək qlobal enerji təhlükəsizliyi səhnəsində mühüm oyunçuya çevrilə bilib. Ölkənin sabit və bölgədəki digər dövlətlərdən fərli olaraq, təlatümsüz surətli inkişafında xüsusi rol oynayan, cəmiyyəti mütəşəkkil birləşdirən “azərbaycançılıq” ideologiyası idi. Zorakı millətçiliyə, separatizmə “yox” deyən azərbaycanlılar vətəndaş dəyərləri və ümumdövlət mənafeləri ətrafında sıx birləşiblər. Bu isə öz növbəsində çoxmillətli və çoxinanclı xalqımızın stabil demokratik inkişafına zəmin yaradıb. Beləliklə, Heydər Əliyevin azərbaycançılıq ideologiyası Azərbaycanı özünə Vətən sayan və dini, etnik, sosial mənsubiyyətindən asılı olmayaraq hamının bərabərliyini təmin edir.

ADA Universiteti Macarıstanın bir sıra aparıcı ali təhsil ocaqları ilə akademik tərəfdaşlıq qurub. Hər iki tərəfin tələbə və müəllim heyəti mütəmadi mübadilə proqramlarda iştirak edirlər.

Pərvanə Qarayeva
Oxunub: 293



XƏBƏR LENTİ