Valyuta məzənnəsi

Azərbaycan və Ukraynanın ali təhsil ocaqları arasında davamlı olaraq tələbə-müəllim mübadiləsi aparılır

Tarix:11-02-2019, 12:11

Azərbaycan və Ukraynanın ali təhsil ocaqları arasında davamlı olaraq tələbə-müəllim mübadiləsi aparılır
Təhsil Azərbaycan və Ukrayna arasında körpüdür. İki ölkənin ali təhsil ocaqları birgə layihələr gerçəkləşdirməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikri Ukraynanın Beynəlxalq Münasibətlər İnstitutunun direktoru, siyasi elmlər doktoru Valeriy Kopeyka ilə görüşündə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev söyləyib.

Səfir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təhsil və elmlə bağlı verdiyi qərarlar ölkəmizdə insan kapitalının artmasına səbəb olub. Bu istiqamətdə dövlət siyasəti uğurla davam etdirilir.

Azərbaycanla təhsil sahəsində əməkdaşlığa açıq olduğunu qeyd edən V.Kopeyka rəhbərlik etdiyi institutda təhsil alan azərbaycanlı tələbələrin savadı və ictimai fəallığı ilə seçildiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan və Ukraynanın təhsil müəssisələri arasında tələbə, müəllim, təcrübə mübadiləsi davamlı olaraq aparılır.

Görüşdə səfirlik və institutun birgə beynəlxalq konfransların keçirilməsinin vacibliyi qeyd edilib.

Emil Hüseynli
Oxunub: 331



XƏBƏR LENTİ