Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə ötən ilin oktyabrından cari il martın 20-dək olan müddətdə Balaxanı qəsəbəsindəki qəbiristanlıqdan 700 manat dəyərində dəmir çərçivələrin oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dostəliyev və oğlu C.Dostəliyev dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.