Valyuta məzənnəsi

Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir

Tarix:19-04-2019, 15:51

Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edirDaxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev AZƏRTAC-a bildirib ki, tədbirin keçirilməsində məqsəd nəqliyyat vasitələrinin istismarı nəticəsində atmosferə atılan zərərli qazların insanların həyatına ciddi təhlükə törətməsinin və havanın çirkləndirilməsinin qarşısının alınmasıdır.

Aylıq çərçivəsində idarənin stasionar postlarında saxlanılan sürücülərə bildirilir ki, nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə, saz vəziyyətdə saxlanılmalı və xaric olunan qazların tərkibi ekoloji təhlükəsiz normalarına uyğun olunmalıdır. Xüsusi cihaz vasitəsilə yoxlanılması zamanı ekoloji təhlükəsiz normalarına cavab verməyən nəqliyyat vasitələri yol polisi əməkdaşları tərəfindən aşkarlanır, sürücüləri inzibati məsuliyyətə cəlb olunur.

Bununla yanaşı, stasionar postlarda, rayon dövlət yol polisi şöbə və bölmələrində maarifləndirici tədbirlər davam etdirilir.

Oxunub: 261



XƏBƏR LENTİ