Valyuta məzənnəsi

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə Ermənistanın işğalçılığı bir daha lənətləndi

Tarix:29-10-2019, 16:00

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə Ermənistanın işğalçılığı bir daha lənətləndiZirvə Görüşündə qəbul edilən siyasi qərarlar Azərbaycanın uğurlu diplomatik zəfəri oldu
Azərbaycan siyasi nüfuzuna və strukturuna görə, BMT-dən sonra dünyanın 2-ci ən böyük təşkilat olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünü uğurla başa çatdırdı. Dünyanın 120 ölkəsinin təmsil olunduğu bu təşkilatın dövlət və hökumət başçılarının Bakıda bir araya gəlməsi həqiqətən də çox mühüm siyasi hadisə idi.
Qoşulmama Hərəkatına Sədrliyin 3 il müddətinə, 2022-ci ilədək Azərbaycana keçməsi isə respublikamızın artan beynəlxalq gücü və nüfuzunun ən mühüm göstəricisi hesab edilə bilər. 2011-ci ildə təşkilata üzv olduqdan sonra Azərbaycan artıq 8 ildən sonra bu nəhəng quruma başçılığı üzərinə götürməyi bacardı. Bu, Azərbaycanın dünyada etibarlı tərəfdaş və nüfuzlu iştirakçı, sabitlik və təhlükəsizlik adası olmasını təsdiq edən faktordur. Azərbaycan Prezidentinin dünya miqyasında yüksək fəallığının, Güclü Siyasi Liderliyinin möhtəşəmliyinin, Respublikamıza olan dərin etimad və ehtiramın nümunəsidir.
Azərbaycan bu mötəbər tribunadan dünya ictimaiyyətinə qlobal məsələlər haqqında dürüst və səhih mesajlar verməklə diqqəti özünə cəlb etdi.
Sammitdə əsas mövzulardan biri Dağlıq Qarabağ problemi və Ermənistanın işğalçılıq əməlləri barədə oldu. Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının erməni işğalına dair qəbul etdiyi qətnamalərin yerinə yetirilməsinə dair prinsipial mövqeyi tədbir iştirakçıları tərəfindən dəstəkləndi. 25 ildir davam edən erməni işğalının dayandırılması, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həlli birmənalı olaraq qəbul olunmuş yekun sənəddə öz əksini tapdı. Azərbaycanın dövlət başçısının qətiyyəti sayəsində yekun sənədə məcburi köçkünlərin hüquqlarının təmin olunması, onların öz evlərinə layiqli və təhlükəsiz qayıdışı barədə müddəa salındı. Beləliklə, qəbul edilən bu və digər siyasi qərarlar Azərbaycanın uğurlu diplomatik zəfəri idi. Bakı Sammitində qəbul edilən sənədlər də ictimai-siyasi yükünə görə, xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan qarşıdakı 3 ildə beynəlxalq təhlükəsizliyin qorunmasına, ölkələr arasında sülhpərvər əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə mühüm töhfələr verəcək. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi ölkəmiz Qoşulmama Hərəkatında sədrliyi zamanı fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq, öz prioritetlərini üzv dövlətlərlə birgə həyata keçirmək üçün ardıcıl səylər göstərəcək. "Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir”.
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə Ermənistanın işğalçılığı bir daha lənətləndiQoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə Ermənistanın işğalçılığı bir daha lənətləndiQoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə Ermənistanın işğalçılığı bir daha lənətləndiVaqif Abdullayev:

Oxunub: 341



XƏBƏR LENTİ