Azərbaycanın 2011-ci il oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi diplomatiya tariximizdə böyük nailiyyət idi
2011-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının tarixində ən əlamətdar və qürurverici siyasi hadisə baş verdi. Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə bu mötəbər təşkilata üzv olan 193 dövlətdən 155 dövlətinin dəstəyini qazanaraq inamlı qələbə qazandı. Respublikamız Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə oldu. Bu, həm də rəmzi məna daşıyan hadisə oldu. Belə ki, Azərbaycanım bu tarixi qələbəni qazanması BMT-nin təsis edildiyi gün - oktyabrın 24-ə təsadüf etdi.
Azərbaycan həm də özünün dövlət müstəqilliyinin 20-ci ildönümündə bu tarixi nailiyyətə əldə etməklə dünya miqyasında artan siyasi nüfuzunu da dünyaya nümayiş etdirdi. Respublikamız təsdqi etdi ki, ötən 20 il ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətdir.
Azərbaycan Prezidenti İlham Əliyev bu tarixi hadisə ilə bağlı fikirlərini bildirərkən qeyd etmişdir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir.
BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, Baş Assambleya Təhlükəsizlik Şurasının qeyri-daimi üzvünü seçərkən, ilk növbədə həmin ölkələrin beynəlxalq sülhün və təhlükəsizliyin saxlanması və təşkilatın digər məqsədlərinə nail olunmasında iştirak dərəcəsinə diqqət ayırır. Bu hadisə bir daha onu göstərdi ki, Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunaraq regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilibdir.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu mötəbər təşkilatda ədalət və beynəlxalq sülh və təhlükəsizliyin qorunması istiqamətində gücünü əsirgəməmişdir. 2012-ci ilin may və 2013-cü ilin oktyabr ayında Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycan fəal və səmərəli iş aparmış, bir sıra qlobal tədbirlərin təşəbbüskarı olmuş, terrorçuluğa qarşı mübarizəyə dair yüksək səviyyəli konfransın keçirilməsinə nail olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev bu mötəbər tribunadan Ermənistanın Azərbaycan dövlətinə qarşı etnik təmizləmə siyasətini, işğalçılıq əməllərini ifşa etmişdir.
Vaqif Abdullayev: