Valyuta məzənnəsi

... Heydər Əliyev Fondunun prezidentinin “uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır”

Tarix:1-11-2019, 21:16

... Heydər Əliyev Fondunun prezidentinin “uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır”... Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yorulmaz fədakar fəaliyyətində uşaqlara və yetişməkdə olan nəslin sağlamlığına, onların intellektual və fiziki inkişafına xüsusi qayğı daha çox diqqəti cəlb edir.
... Mehriban xanımın ötən gün, oktyabrın 31-də paytaxtın Nərimanov rayonundakı “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzini və Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbini ziyarət etməsi sosial humanizmin və uşaqlara olan dərin məhəbbətin nümunəsi hesab edilə bilər.
... Azərbaycanın Birinci xanımının, həmçinin Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olması gələcəyimiz olan fidan balalara sonsuz sevginin, qayğı və ehtiramın ifadəsidir.
... Mehriban Əliyevanın son illərdə diqqət və qayğısı sayəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, “Neftçilər” xəstəxanasında Cərrahiyyə və orqan transplantologiya Mərkəzi, Psixo-nevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqlarının, eləcə də uşaq bağçaları, körpələr evləri inşa olunması və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə veriliməsi Onun uşaqların problemlərinə həssas yanaşdığını, güclü dəstək verdiyini təsdiqləyir.
... Mehriban xanım nəcib və xeyirxah əməllərin sahibi, böyük ürək sahibi, insanpərvər və qayğıkeş xanım kimi sosial baxımdan ən həssas uşaqlara bu cür ehtiram və ehtişamı ilə bütün uşaq və yeniyetmələrin qəlbində sonsuz məhəbbət ocağı yaradır. Uşaqlarla səmimi söhbəti isə olduqca maraqlı səhnələrlə yadda qalır.
... Heydər Əliyev Fondunun prezidentinin “uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” fikri səmimiyyətin, xeyirxahlığın, uşaq dünyasına olan məhəbbətin ən ülbi hisslərin ifadəsidir.
... Mehriban Əliyevanın ötən gün uşaqları və yeniyetmələri ziyarət etməsi hər dəfə olduğu kimi bu dəfə də balacalarda unudulmaz anlar yaşatdı, onların sevincini artırdı, dərin və sonsuz mıəhəbbət duyğularını, həyat eşqini yüksəltdi. Mehriban xanım üçün ən böyük sevinc hissi Azərbaycan uşaqlarını bəxtəvər görməkdir.

elmlər doktoru,professor Vaqif Abdullayev

Oxunub: 290



XƏBƏR LENTİ