Hüquq-mühafizə orqanları əməkdaşlarının Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirdiyi barədə məlumat yayılıb...
YeniAN.info Etikxeber.az-a istinadən xəbər verir ki, yayılan məlumatlarda saxlanılanların olduğu bildirlir.
Cəlilabad rayonunun icra başçısı Namiq Zeynalovdur.
Yayılan xəbərlərdə icra başçısının da sorğu-sual edildiyi söylənilir…
***
Hüquq-mühafizə orqanları əməkdaşlarının Cəlilabad rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində icra başçısı Namiq Zeynalovun da saxlanıldığl bildirilir.
Onun korrupsiya əməlində ittiham edildiyi qeyd olunur.
Qeyd edək ki, Namiq Zeynalov Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2018-ci il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
YeniAN.info