Valyuta məzənnəsi

Bakıda 89 yaşlı kişini avtomobil vurub

Tarix:28-09-2023, 07:58

Bakının Nizami rayonunda 89 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report” xəbər verir ki, 1934-cü il təvəllüdlü Famil Məcid oğlu Abdullayev yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və burun sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 42



XƏBƏR LENTİ