Valyuta məzənnəsi

Yol keçmək istəyən piyada xəstəxanalıq oldu

Tarix:31-03-2019, 12:48

Yol keçmək istəyən piyada xəstəxanalıq olduŞamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Obyektivxeber.info xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxıdan keçən hissəsində qeydə alınıb.

Magistral yolda hərəkət edən avtomobil Şamaxı rayon sakini 41 yaşlı Şəfayət Hacıyevi vurub. Ağır bədən xəsarətləri alan piyada, ətrafdakıların köməkliyi ilə dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.(report)

Oxunub: 255



XƏBƏR LENTİ