Valyuta məzənnəsi

Şəhid Hacıəli Qasımov dəfn olunub

Tarix:28-01-2024, 22:52

Şəhid Hacıəli Qasımov dəfn olundu

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hacıəli Qasımov Tovuz rayonunun Qaraxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

YeniAN.az -ın  məlumatına görə, mərasimdə şəhidin yaxınları, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərimizin səylərinə baxmayaraq şəhid olub.

Şəhid hərbçimiz Hacıəli Qasımov Tovuzda dəfn olunub

Allah rəhmət eləsin!

Oxunub: 64



XƏBƏR LENTİ