Valyuta məzənnəsi

Qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım - Ülviyyə Fətəliyeva

Tarix:30-04-2024, 17:07

Xəbər verdiyimiz kimi, Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında Azərbaycan fırtınası yaşanıb. Ülviyyə Fətəliyeva qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

YeniAN.az xəbər verir ki, onu bu uğuru münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da təbrik edib, Ülviyyə ilə fəxr etdiyini vurğulayıb.

Şahmat üzrə milli komandamızın üzvü 1996-cı ildə Gəncədə anadan olub. Qadınlar arasında beynəlxalq qrossmeyster şahmata 7 yaşında başlayıb. Ona valideynləri dəstək olub. 

Gəncə şahmat məktəbinin yetirməsinin karyerasında məşqçisi Şaiq Quliyevin böyük rolu var.

Ülviyyə, daha çox qara fiqurlara üstünlük verir. Baxmayaraq ki, ağ daşlarla oynayan ilk gedişi edir və "qara”nı seçənlər ilk öncə bərabərliyi əldə etməyə çalışırlar. 

Maraqlıdır ki, Ülviyyə Fətəliyeva Avropa çempionu olduğu matçda da qara fiqurlarda çıxış edib. 

Fətəliyevanın ilk beynəlxalq rəsmi matçı 7 yaşına təsadüf edib. O, Türkiyənin Kapadokya şəhərində təşkil edilən Avropa çempionatında özündən 3 yaş böyüklərlə mübarizə aparıb. Onun debütü uğursuz olub.

Onun düşüncəsinə görə, güclü şahmatçı olmaq üçün riyazi hesablamaları yaxşı bilməklə bağlı fikirlər doğru deyil. Bunu təsdiqləyən araşdırmalar var. Bu fikrə rəğmən, Ülviyyənin 10-15 gediş sonrasını fikirləşdiyi qarşılaşmalar olub. Bunu təmiz hesablamaq isə olduqca çətin məsələdir. Çünki hər 2-3 gedişdən bir rəqibin alternativi ola bilər. 

Dünya şahmat tarixinin əvəzsiz siması Robert Fişeri və Maqnus Karlseni bəyənən Ülviyyə, daha çox hücum etməyi və heç-heçədən qaçmağı sevir. Buna görə də piyadaları tez-tez qurban verir. 

Onun sevdiyi fiqur atdır. Qrossmeysterin fikrinə görə, lövhədə at varsa, risklər davam edir və rəqib üçün çoxlu təhlükələr yarada bilər. 

Maraq üçün onu da qeyd edək ki, Ülviyyənin zəfəri professor atası Hasil Fətəliyevin 65 illik yubiley gününə təsadüf edib.

Ulviyya Fataliyeva - Wikipedia

Oxunub: 374



XƏBƏR LENTİ
Şuşanın təbiəti sakinlərin 30 illik ayrılıqdan sonra öz evlərinə qayıtmasına sevinir HİKMƏT HACIYEV
ANAMA Kəlbəcərdəki mina partlayışından sonra əhaliyə növbəti çağırış edib
Bakıda 75 yaşlı kişi qətlə yetirildi: Şübhəli şəxs saxlanıldı
"Kliniki ölüm keçirtdim" - Natavan Həbibi
“Microsoft”a görə ABŞ-də ləğv edilən uçuşların sayı 2,3 mini keçdi
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyevin ll Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü canlı yayımlanacaq
Xankəndiyə marşrut xətti açılır - RƏSMİ
FTX Yessentukidə terror aktının qarşısını alıb
Hərbi xidmətdən yayınmaq istəyənlər üçün PİS XƏBƏR - Artıq mümkün olmayacaq...
Ermənistanda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb
Berlin hava limanında uçuşlar dayandırılıb
Dünyada kütləvi nasazlıq yaşanır: Hava yolları və bankların işində problem
Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - Bu şəxslər 1 000 manat CƏRİMƏ OLUNACAQ
İlham Əliyev Oksfordda Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb
lham Əliyev Oksfordda Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb
İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib
İlham Əliyev Bakıda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib